Yunanıstan çempionatının 26-cı turunda “Panatinaykos” doğma meydanda PAOK-u qəbul edib.
Korner.az-ın məlumatına görə, oyuna cəza səbəbiylə buraxılmayan ev sahibinin azarkeşləri qarşılaşmanı stadion kənarında quraşdırılan böyük ekrandan izləyiblər.
“Apostolis Nikolaidis” stadionunun ətrafına yığışan 10 minə yaxın azarkeş 90 dəqiqə boyunca onlara verilən 2 həftəlik stadiona buraxılmama cəzasını protest edərək şüarlar səsləndiriblər.
