Yulian Naqelsmann ÇL-in tarixinə düşdü
11.03.2020 , 18:26

“Leyptsiq” klubunun baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasında rekorda imza atıb.
Korner.az xəbər verir ki, 32 yaşlı mütəxəssis qitənin ən nüfuzlu futbol turnirində pley-off mərhələsini adlayan ən gənc məşqçi olub.
Alman mütəxəssisin çalışdırdığı komanda 1/8 finalda İngiltərə təmsilçisi “Tottenhem”i mübarizədən kənarlaşdırıb (1:0; 3:0).
