Yüksək Liqada qış fasiləsi nə vaxt başa çatacaq?
14.01.2020 , 16:13

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasıda qış fasiləsinin nə vaxt başa çatacağı dəqiqləşib.
Korner.az xəbər verir ki, komandalar mübarizəyə fevralın 20-dən start verəcəklər və həmin gün XV turun qarşılaşmaları keçiriləcək.
Gələn ayın 24-də və 27-də isə XVI və XVII turun matçları baş tutacaq.
