Yubiley qolu avtoqolla reallaşdı
09.02.2020 , 12:54

Azərbaycan Premyer Liqasında növbəti yubiley qolu qeydə alınıb.
Korner.az xəbər verir ki, cari çempionatda 150-ci qol qış fasiləsindən ikinci turda vurulub.
Bu, fevralın 7-də XVI turun açılış matçı olan “Sabah” – “Qəbələ” görüşünə (3:2) təsadüf edib. Özü də maraqlıdır ki, yubiley qolu avtoqolla reallaşıb. Belə ki, “Qəbələ”nin qış transferi, Masazırdakı matçda fasilədən dərhal sonra meydana çıxan yarımmüdafiəçi Ehtiram Şahverdiyev 64-cü dəqiqəqə topu öz qapısından keçirib. Bununla da 24 yaşlı futbolçunun yetirməsi olduğu “Qəbələ”nin əsas komandasında ilk qolu avtoqolla olub.
Cari mövsümün ilk qolunu avqustun 16-da keçirilən “Keşlə” – “Qarabağ” oyununda (0:1) İsmayıl İbrahimli vurub. Bu çempionatın 100-cü qolu da “Sabah”ın ev matçına təsadüf etmişdi. Bu, XI turun noyabrın 10-da baş tutan “Sabah” – “Sumqayıt” görüşü idi. Qonaqların 3:1 hesabı ilə qalib gəldiyi matçda vurulan son topun müəllifi, qonaqların yarımmüdafiəçisi 90+5-ci dəqiqədə Əmir Ağayev 100-cü qola imza atan olmuşdu.
Ümumilikdə bu çempionatda keçirilən 64 matçda 102 qol vurulub. Orta məhsuldarlıq 2,42-yə bərabərdi.
