Yubiley oyun, yubiley qol
16.09.2020 , 20:46

“Sabah” Azərbaycan Premyer Liqasının II turunda evdə “Qəbələ”ni qəbul edib. “Bank Respublika Arena”da keçirilən görüş komandanın böyük hesablı (3:0) qələbəsilə nəticələnib.
Matç “Sabah” üçün bir neçə məqamla əlamətdar olub. Belə ki, “Qəbələ” ilə qarşılaşma komandanın Premyer Liqada yubiley – 50-ci görüşü olub. Coşqun Diniyevin matçda vurduğu ilk qol isə “Sabah”ın yüksək liqada 40-cı qolu kimi tarixə düşüb. Görüşdə 3-cü qolun müəllifi olan Ramil Şeydayev isə “göy-ağlar”ın heyətində ilk qolunu vurub.
“Sabah” Premyer Liqada növbəti oyununu səfərdə “Zirə”yə qarşı keçirəcək. Matç sentyabrın 20-də saat 18:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.
