Yoxlama oyununda U-17 qalib gəldi
25.04.2021 , 12:05

Bakıda təlim-məşq toplanışını davam etdirən 17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandaları hazırlıq prosesində yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə U-17-nin xeyrinə başa çatıb. U-17-nin heyətində Samir Ağayev və Sənan Ağalarov fərqlənib. U-19-un qoluna isə Zöhrab Əsədov imza atıb.
