Yonq üçün əlamətdar oyun
21.02.2024 , 20:51

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Borussiya”ya (Dortmund) qarşı keçirilən matç PSV-nin futbolçusu Luuk de Yonq üçün əlamətdar olub.
Korner.az xəbər verir ki, 33 yaşlı hücumçu görüşdə fərqlənib.
Bununla da, o, PSV-nin heyətində ÇL-də 9-cu qolunu vurub.
Futbolçu bu nəticə ilə Ruud van Nistelroyu geridə qoyaraq PSV-nin Çempionlar Liqasındakı bombardiri olub.
