"Barselona"nın baş məşqçisi Pep Qvardiola mövsümün sonunda ayrılacağını açıqlayıb. Korner.az-ın məlumatına görə,əvvəlcə klubun prezidenti Sandro Rosseliyə qərarını açıqlayan çalışdırıcısı bu səhər məşq zamanı futbolçularına gələn mövsüm komandanın başında olmayacağını bildirib.