“Arsenal”a İngiltərə Kubokunda uduzmaq üzücü idi. Çünki oyunumuz çox yaxşı alınırdı. İndi bizim daha bir oyunumuz var”.
Bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib. Komandanın rəsmi mətnuat xidmətinə danışan mütəxəssis İngiltərə Superkubokundan öncə fikirlərini bildirib:
“Çox yaxşı bilirik ki, “Arsenal” güclü komandadı. Komandanı çox çətin oyun gözləyir. Mövsümə qələbə ilə başlamaq istəyirik. Yoldaşlıq matçları artıq bitdi. Bu ilk rəsmi oyundu və heç şübhəsiz çox vacib qarşılaşmadı. Yeni mövsümün ilk mükafatını qazanmaq istəyirik”
Konte gözəl və baxımlı oyuna ümid edir:
“Çelsi” və “Arsenal” hazırda çox yaxşı formadadılar. Çünki mövsümə yeni başlayırıq. Biz həqiqi mənada yaxşı oyun keçirmək istəyirik, yüksəksürətli və yeni mövsümə tam hazırlıqlı bir oyuna ümid edirik”.
İngiltərə Superkubokunun matçı avqust ayının 6-da keçiriləcək
