Almaniya yığmasının baş məşqçisi Yoahim Löv yayda Fransada keçiriləcək Avropa çempionatı haqda danışıb.
Korner.az-ın məlumatına görə, o, çempionatın maraqlı keçəcəyini gizlətməyib:
“Son dünya çempionu avtomatik olaraq Avropa çempionatının favoriti olur. Ancaq onu qeyd edim ki, biz seçmə mərhələdə elə də inamlı təsir bağışlamadıq. Favoritlər sırasında Fransa, İngiltərə, İtaliya və Belçika yığması da var”
