"Fənərbağça"nın keçmiş baş məşqçisi və hazırda Almaniya millisini çalışdıran Yoahim Löv İstanbul klubunun Türkiyə superliqasında "Qalatasay"la qarşılaşacağı matçı dəyərləndirib.
Korner.az-ın eurosport.com-a istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis bu oyununun favoritinin olmadığını deyib:
"Derbilər dünyanın hər yerində çox önəmlidir. Ancaq "Fənərbağça" – "Qalatasaray" derbisinin yeri bir başqadır. Burada qələbə qazanmağın sevinci tam fərqlidir. Oyununun favoriti yoxdur. Hazırda hər kəs bu matçı maraqla gözləyir".
