Yoahim Löv: “Belə hallar əvvəllər başqa ölkələrin də başına gəlib”
28.06.2018 , 12:50

Son dünya çempionu Almaniya DÇ-2018-in qrup mərhələsində 3 xal toplayaraq, 1/8 inala adlaya bilməyib.
Bundestimin baş məşqçisi Yoahim Löv son turda Cənubi Koreyaya 0:2 hesabı ilə uduzduqları matçdan sonra açıqlama verib:
“Şokdayam, çünki 1/8 finala çıxmağı bacarmadıq. Buna layiq də deyildik. Oyundan öncə futbolçularım təzyiq altında idilər, amma bunu gözləmirdim. İndi nə edəcəm? Bunu söyləmək üçün hələ tezdir. Qrupda qaldığımız üçün inanılmaz dərəcədə üzgünəm. Bu nəticənin Almaniya futbolu üçün qara dönəmin başlaması demək deyil. İstedadlı gənc futbolçularımız var. Belə hallar daha əvvəl başqa ölkələrin də başına gəlib. Doğru qərarlar verib, yolumuza düzgün davam etməliyik”.
