Almaniya millisinin baş məşqçisi Yoahim Löv dünya çempionatından sonra “Bavariya”nın “sükanı arxası”na keçəcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib
Təcrübəli mütəxəssis bu variantı təkzib etməyib.
Ancaq o, gələn ilin yayında Rusiyada keçiriləcək dünya çempionatına qədər bu barədə düşünməyəcəyini vurğulayıb: “Bavariya” variantına heç baxmağı planlaşdırmıram. Klub karyeramla bağlı danışmaq üçün hələ vaxtım var. Yalnız bu günümlə yaşayıram, iş prinsipim də belədi. Dünya çempionatına qədər məni yalnız mundial maraqlandıracaq”.
Qeyd edək ki, Karlo Ançelottinin istefasından sonra “Bavariya” baş məşqçi postunu mövsümün sonuna qədər Yupp Haynkesə həvalə edib.
