Yıxılan “kavalyer”ə daha bir balta – Lav zədələndi
03.11.2018 , 10:55

Yeni mövsümdən işləri qaydasında getməyən “Klivlend Kavalyers” komandasında daha itki baş verib. Komandanın basketbolçusu Kevin Lav zədələnib.
Sol ayağının böyük barmağından xəsarət alan basketbolçu bir müddət parketlərdən uzaq qalacaq. Həkimlərin sözlərinə görə, Lav əməliyyat olunacaq və 6 həftə komandasına kömək edə bilməyəcək
Hal-hazırda liqada sonuncu yerdə qərarlaşan “Klivlend” 8 oyuna cəmi bir dəfə qələbə qazanıb.
