Yığmanın yekun heyəti açıqlandı – Siyahı
01.05.2023 , 12:59

Mayın 1-dən 7-dək Albaniyanın Tirana şəhərində təşkil olunacaq UEFA İnkişaf turnirində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, oyunların təqvimini və dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Əhməd Tarverdiyev, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Babamirzə Mehdiyev, Anar Hüseynov (hamısı “Sabah”), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Vüsal Paşayev, Nadir Orucov, Elnur Cabbarlı (hamısı “Sumqayıt”), Sadiq Məmmədli, Amin Muradov, Röyal Fərzullazadə (hamısı “Neftçi”), Hikmət Cəbrayilzadə (“Qarabağ”), Ayxan Abbaszadə (“Turan Tovuz”), Firudin Kişiyev (EFA), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə), İslam İsmayilzadə (“Səbail”), Ümid Səlimov (“Şamaxı”).
2 may
13:00. Farer adaları – Azərbaycan
“House of Football” stadionu
4 may
19:00. Albaniya – Azərbaycan
“House of Football” stadionu
7 may
13:00. Azərbaycan – Moldova
“House of Football” stadionu
Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib
