Rusiyanın “Lokomotiv” klubunun yarımmüdafiəçisi Dmitri Tarasov ölkəsinin milli komandası üçün milliləşdirilməsi gündəmdə futbolçularla bağlı fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, o, yığmada yalnız rusların oynamalı olduğunu deyib.
“Mən milliləşdirmənin əleyhinəyəm. Mən patriotam və hesab edirəm ki, millidə ruslar – bizim ölkəmizdə doğulanlar oynamalıdır! Rusiyada hətta 10 il də oynayan futbolçunu rus adlandıra bilmərəm. Məsələn, Gilyerme. O, çox yaxşı insan və futbolçudur, dilimizi də yaxşı bilir. Ancaq istənilən halda, millidə özümüzünkülər oynamalıdır”, – deyə yığmanın sabiq üzvü bildirib.
