Yığmanın rəqibləri məlum oldu
08.12.2021 , 15:16

19 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2023-cü ildə Maltada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.
Korner.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, yığma Türkiyə, Bolqarıstan və Lüksemburqla birgə 2-ci qrupda mübarizə aparacaq.
Qrup mərhələsinin oyunları gələn ilin sentyabr ayında Bolqarıstanda təşkil olunacaq.
