Yığmanın heyəti açıqlandı – SİYAHI
09.10.2023 , 09:12
Avropa çempionatının seçmə mərhələsində oktyabrın 12-də, “Azersun Arena”da Şimali İrlandiya, 17-də isə Lüksemburq yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, baş məşqçi Samir Əliyev heyətdə aşağıda adları qeyd olunan futbolçulara yer verib:
Rza Cəfərov, Hüseyn Babayev, Fərid Yusifli, Ağadadaş Salyanski (hamısı “Neftçi”), Yusif İmanov, Rüstəm Samiqullin, Camal Cəfərov, Xəyal Əliyev (hamısı “Sabah”), İbrahim Ramazanov (“Qəbələ”), Süleyman Damadayev, Samir Məhərrəmli, Elçin Qasımov (hamısı “Şamaxı”), Mahir Həsənov, Rüfət Əhmədov (hər ikisi”Kəpəz”), Əli Abdullayev (“Karvan”), Abdulla Rzayev, Mirəli Əhmədov (hər ikisi “Araz-Naxçıvan”), Ayhan Süleymanlı (“Sumqayıt”), Nazim Həsənzadə (“Zirə”), Ramin Nəsirli (“Dauqavplis” Latviya), Murad Vəliyev (“Levadia Tallinn” Estoniya), Veysəl Rzayev (“Turan Tovuz”), Zeynəddin Abdurahmanov, Samir Abdullayev (hər ikisi “Səbail”)