big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Yığmamızla oyunda debüt edən hücumçu “Xəzər Lənkəran”da

20.06.2012 , 10:32

“Xəzər Lənkəran” klubunun heyətinə qatdığı sabiq yuqoslaviyalı futbolçuların kimliyi müəyyənləşib. Komandanın düşərgəsində olan balkanlılar Elvis Sariç və Yusuf Dajiçdir.

Əslən xorvatiyalı olan Elvis “Luçko” klubundan gəlib. Xorvatiyanın güclülər dəstəsində oynayan klub Sariçin karyerasında 2-ci, vətənində isə ilk klubdur. 22 yaşlı yarımmüdafiəçi karyerasına Bosniya və Herseqovinanın III liqasında başlayıb. 2008/09 mövsümündə GOSK komandasında 31 matça 3 qol vuran orta sahə oyunçusu Zaqreb təmsilçisinə transfer olunub.

2009/10 və 2010/11 mövsümlərini Xorvatiyanın II liqasında keçirən “Luçko”da möhkəmlənən Elvis ilk mövsümdə 24, sonra 25 oyun keçirib. Qol sayında isə 2 mövsümə 11 dəfə fərqlənib – müvafiq olaraq 6 və 5. Ötən – 2011/12 mövsümündə Xorvatiyanın ən yüksək dəstəsində debüt edən klub uğursuzluğa düçar olub. Komanda yenidən aşağı dəstəyə yuvarlanıb. Elvis isə 13 oyunda 2 qol vurub. O, qollarını “Hayduk” və “Osiyek”in qapısından keçirib. Bu il iyunun 1-də isə onun zaqreblilərlə müqaviləsi başa çatıb.

28 yaşlı Yusuf isə daha təcrübəlidir. Macarıstanın “Vaşaş” klubundan gələn 28 yaşlı hücumçu milli karyerasına da malikdir. O, Bosniya və Herseqovinanın əsas yığmasında 1 oyun keçirib. Həmin yeganə oyun isə 2008-ci il iyunun 1-də Azərbaycan milli komandasına qarşı olub. Karyerası ərzində bir çox klublarda oynamış Dajiç Belçikada “Tubize”nin də şərəfini qoruyub. Bundan başqa Macarıstanda “Videoton”, Çində “Şanxat İst asiya”, Cənubi Koreyada “Younbuk Hyunday Motors”, Xorvatiyada “Slavoniya”, “Kamen İnqrad”, “Sibenik”, Bosniya və Herseqovinada “Zvezda”, “Sloboda” komandalarında oynayıb. Futbolçu son mövsüm Macarıstan çempionatında 25 oyuna 5 qol vurub.
apasport.az

Son yazılar

To Top