Milli komandamızın futbolçusu Vüqar Əsgərovun formasını geyindiyi Latviyanın "Metallurq” klubu Avropa Liqasında ilk oyununu keçirib. Korner.az-ın məlumatına görə, hücumçumuzun komandası San Marinonun “La Fiorita” klubunun qonağı olub.
Bu matçda adı 18-liyə salınan futbolçumuz meydana çıxa bilməsədə komandası səfər meydanında 2:0 hesablı qələbə qazanıb. “Metallurq”un heyətində Ritis Leliuqa və “Simurq”un sabiq üzvü Genadis Solonitsin fərqlənib.
