Azərbaycan teleməkanının populyar futbol verilişi "TOP-TOP" sentyabrın 27-də növbəti dəfə efirə gedib.
Korner.az-ın məlumatına görə, verilişin aparıcısı Araz Əhmədovla bərabər bu dəfə müzakirəyə "Futbolmedia.az” saytının baş redaktoru Əli Həyati, "Korner.az” portalının əməkdaşı İlkin Məmmədov və futsal yığmamızın sabiq üzvü Rəcəb Fərəczadə olub.
Verilişdə Premyer liqanın oyunları, "Qarabağ” və "Qəbələ”nin növbəti avrokubok matçları, futzal yığmamızın Dünya çempionatındakı çıxışı müzakirə olunub. Böyük futbolda və futzalda eyni uğurla çıxış edən Rəcəb Fərəczadə gənclərimizin legioner həyatı yaşamamasının bəzi səbəblərini açıqlayıb.
Qeyd edək ki, bundan sonra "TOP-TOP" proqramı hər həftənin çərşənbə axşamı saat 18:00-da "SPORTFM" kanalında canlı yayımda efirə gedəcək. "SPORTFM" kanalına Myvideo.az və Sportfm.az saytına daxil olaraq baxa bilərsiniz. Bu kanal həmçinin, KATV1 şirkətinin Myvideo Smart Box aparatı vasitəsilə canlı yayımlanır.
