DÇ-2014-ün seçmə mərhələsində millimizin mübarizə aparacağı F qrupunda daha bir oyunun keçiriləcəyi stadion və qarşılaşmanın başlanma vaxtı müəyyənləşib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İsrail – Lüksemburq oyunu oktyabrın 16-da, yerli vaxtla saat 20:00-da, Ramat Qan şəhərindəki eyniadlı stadionda keçiriləcək.
