UEFA-nın təşkilatçılığı ilə Kiprin Pafos şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək Maltanın qızlardan ibarət yığmasının heyəti açıqlanıb.
Korner.az-ın Malta Futbol Federasiyasının rəsmi saytına görə, millimizin də iştirak edəcəyi turnirə Malta yığması 18 futbolçu ilə qatılacaq.
Qeyd edək ki, Malta yığması turnirdə ilk oyununu sabah millimizə qarşı keçirəcək.
Qapıçılar: Raçelle Lun Borq (“Mqarr”), Janice Xuereb (“Birkirkara”) Müdafiəçilər: Rosalie Kauçi, Çarlene Zammit, Şona Zammit (hamısı “Hibernians”), Stephaniya Farruqiya, Yasmeen Marie Vella, Qabriella Zahra (hamısı “Birkirkara”), Yarımmüdafiəçilər: Brenda Borq (“Mqarr”), Ylenia Ann Karabott (“Hibernians”), Raçel Kusçieri (“Apollon”), Mandi Debono (“Hibernians”), Jade Flask (“Kirkop”), Dorianne Theuma (“Hibernians”), Emma Xuereb (“Luksol”), Klaudette Xuereb (“Hibernians”) Hücumçular: Kelli Qrace Aqius (“Birkirkara”), Martina Borq (“Hibernians”) |
