“Avro-2016″nın seçmə mərhələsində millimizin qrupunda yer alan Xorvatiya yığması Norveçlə oyunöncəsi ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, komandanın aparıcı futbolçusu Mateo Kovaçiç zədə səbəbindən Norveçlə görüşdə forma geyinə bilməyəcək.
Yığmanın həkimi Boris Nemeç təcrübəli yarımmüdafiəçinin dizində ağrılar olduğunu bildirib: “Aparılan tibbi müayinədən sonra Kovaçiçin diz çarpaz bağlarında zədə olduğu aşkarlandı. Dizindəki ağrılar artıb. Kovaçiç Norveçə qarşı oynaya bilməyəcək”.
