Yığmamızın oyunu təxirə salındı
21.01.2019 , 23:03

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunu əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiyanın “Krasnodar-3” komandası ilə keçirilməli olan yoxlama oyunu sabah keçiriləcək.
