17 yaşadək qızlardan ibarət Azərbaycan və Latviya yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyunu canlı yayımlanacaq. Korner.az-ın məlumatına görə, Lənkəran şəhər Mərkəzi stadionunda baş tutacaq matç www.affatv.az saytı vasitəsilə nümayiş olunacaq.
Qarşılaşma mayın 12-də, saat 14:00-da start götürəcək.