Yığmamızın oyunlarının təqvimi müəyyənləşdi
21.02.2023 , 10:25

Avropa çempionatının 2022/2023-cü illər mövsümünün ikinci mərhələsində mübarizə aparacaq 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunları 22, 25, 28 mart tarixlərində Bosniya və Herseqovinada təşkil olunacaq. B Liqasının 2-ci qrupunda mübarizə aparan komandamızın oyunlarının təqvimi aşağıdakı kimidir:
22 mart
17:00. Azərbaycan – Qazaxıstan
Novi Gradski stadionu (Ugljevik)
25 mart
17:00. Bosniya və Herseqovina – Azərbaycan
Etno Selo Stanişiçi stadionu (Biyelina)
28 mart
16:00. Monteneqro – Azərbaycan
Etno Selo Stanişiçi stadionu (Biyelina)
