Azərbaycan millisinin voleybolçusu Oksana Kiselyova əməliyyat olunub
25 yaşlı liberonun əməliyyatı “Acibadem” Altunizadə Xəstəxanasında baş tutub.
Doktor Barış Kocaoğlu tərəfindən ön çarpaz bağlarında və meniskdə olan problemlər aradan qaldırılıb. Həkim əməliyyatın uğurlu keçdiyini bildirib.
Onun sözlərinə görə, Kiselyova 6 aydan sonra meydana qayıdacaq.
