Millidən ardıcıl üçüncü qələbə
27.01.2020 , 20:15

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində bu gün sonuncu yoldaşlıq oyununu keçirib.
Korner.az xəbər verir ki, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 2:1 hesabı ilə qalib gəlib. U-19-un heyətindən Mustafa Yıldırım və Samir Abdullayev fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında yanvarın 25-də keçirilmiş oyunda yığmamız 2:0 hesablı qələbə qazanıb.
Yoldaşlıq oyunu
27 yanvar
Azərbaycan – Şimali Makedoniya – 2:1
Qol: Mustafa Yıldırım, 70, Samir Abdullayev, 90
