17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsi başa çatıb. Bununla da elit-raundun bütün iştirakçıları bəlli olub
Bu mərhələyə birbaşa qatılan Almaniya yığması ilə mübarizə aparacaq 27 komanda arasında Azərbaycan millisi də var. Yığmamız qrup üçüncüsü kimi tur adlayan 5 komandadan biridi.
Elit-raundun püşkatması noyabrın 24-də keçiriləcək. Həmin tədbirdə komandalar hərəsində 4 yığma olmaqla 7 qrupa bölünəcək. Seçmə oyunlarının nəticəsinə görə müəyyənləşəcək səbətlərin tərkibi tam açıqlanmadığından hələlik bütün komandalar yığmamızın mümkün rəqibləridi.
1-ci qrup: Polşa, İsveçrə
2-ci qrup: İngiltərə, Şotlandiya
3-cü qrup: İspaniya, İslandiya, Azərbaycan
4-cü qrup: İrlandiya, Bosniya və Herseqovina, Rumıniya
5-ci qrup: Fransa, Danimarka
6-cı qrup: İsveç, Rusiya, İsrail
7-ci qrup: Hollandiya, Çexiya, Türkiyə
8-ci qrup: Macarıstan, Norveç
9-cu qrup: Serbiya, Belçika
10-cu qrup: Avstriya, Portuqaliya
11-ci qrup: İtaliya, Finlandiya, Sloveniya
apasport.az
