Milli komandamızın Malta yığması ilə Bakıda avqustun 14-də keçirəcəyi yoldaşlıq oyununun stadionu və başlanma vaxtı müəyyənləşib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, oyun “Bakcell Arena”da baş tutacaq və saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu, millimizin “Bakcell Arena”da keçirəcəyi 2-ci oyun olacaq. Yığmamız ilk dəfə bu stadiondan iyunun 7-də Lüksemburqla 1:1 qaldığımız oyun zamanı yararlanıb.
