Yığmamızın iki futbolçusu Qazaxıstan klubunda
18.03.2021 , 19:29

Qadınlardan ibarət Azərbaycan millisinin üzvləri – Aytac Şərifova və Firəngiz Teymurova legioner həyatı yaşayacaq.
Korner.az xəbər verir ki, hər iki oyunçu Qazaxıstanın “Okjetpes” klubuna keçib.
Onlar sözügedən komanda ilə 1 illik müqavilə bağlayıb.
