Finlandiya və Estoniya yığmaları ilə yoldaşlıq oyunu keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Korner.az-ın məlumatına görə, Rusiyanın “OİK-Energiya” klubunda çıxış edən David Qarayev yığmanın heyətindən çıxarılıb. Buna səbəb onun zədəli olmasıdır. Qarayevin əvəzinə milliyə "Neftçi"nin üzvü Kənan Manafov toplanışa dəvət olunub.
Qeyd edək ki, U-19 martın 16-dan 19-dək Finlandiyada, martın 19-dan 25-dək isə Estoniyada təlim-məşq toplanışında olacaq. Yığmamız martı 18-də Finlandiya, martın 22-də və 24-də isə Estoniyanın müvafiq olaraq U-18 və U-19 komandaları ilə yoldaşlıq oyunu keçirəcək.
