Yığmamızın görüşünə təyin olunan hakim dəyişdirildi
05.04.2019 , 10:32

Aprelin 6-da, “Dalğa Arena”da, saat 12:00-da qadınlardan ibarət Azərbaycan və Estoniya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununa hakim təyinatında dəyişiklik edilib.
AFFA-nın rəsmi saytına istinadən verilən xəbərə görə, Rza Məmmədov zədəli olduğuna görə, Gülyana Özcan köməkçi-hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki. bu komandalar arasında keçirilən ilk yoldaşılıq görüşündə Estoniya millisi 1:0 hesablı qələbə qazanıb.
