Milli komandamızın futbolçusu Ufuk Budak karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. Korner.az-ın məlumatına görə, bu barədə məlumatı Almaniya mətbuatı yayıb.
Xəbərdə bildirilir ki, “Paderborn” “Feriburg”un ikinci komandasında top qovan iki futbolçunu heyətinə qatmağa çalışır. Bunlardan biri yarımmüdafiəçi Erix Sartner, digəri isə Ufuk Budaqdı.
Qeyd edək ki, “Paderborn” hazırda ikinci Bundesliqada 4-cü pillədə qərarlaşıb. Komanda son tur ərəfəsində Düsseldorf “Fortuna”sı ilə birgə 61 xala malikdi. “Paderborn” son turun nəticələrindən asılı olaraq, üçüncü pilləni tuta bilsə, əsas Bundesliqada 16-cı olacaq komanda ilə elitaya düşmək uğrunda pley-off matçına çıxacaq.