21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının avqustun 14-də bolqarıstanlı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcəyini xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, artıq qarşılaşmanın stadionu və başlanma vaxtı müəyyənləşib.
Bolqarıstan – Azərbaycan yoldaşlıq görüşü Loveç şəhərindəki “Gradski” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
