17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında bu gün oyun keçirilib.
Korner.az-ın məlumatına görə, Azərbaycan U-17 yığmasının baş məşqçi Mirbağır İsayev oyundan sonra bunları deyib:
“Oyunun ilk 15 dəqiqəsində meydanda daha çox Rusiya yığması nəzərə çarpırdı. Bu, heyətdə etdiyimiz dəyişikliklərlə bağlıdır. Sevindici cəhət odur ki, Qara Qarayevi layiqincə əvəz edəcək Famil Camalov kimi futbolçu var. O, iki qol vurdu. Hətta üçüncünü də vura bilərdi. Əlbəttə, meydana qələbə üçün çıxmışdıq. Məni narahat edən əsas məsələ müdafiəçilərin primitiv səhvlərə yol verməsi oldu. Bu cür oyunların keçirilməsi yığmanın xeyrinədir. Yoxlama oyununda uduzsaq da, vacib olanı rəsmi qarşılaşmalarda qələbə qazanmaqdır”.
