Rusiyanın Soçi şəhərində gənclərdən ibarət qadın yığma komandaları arasında təşkil olunmuş "Kuban baharı" beynəlxalq turnirində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilk qələbəsini qazanıb.
Korner.az-ın məlumatına görə, Estoniyanın 1994-cü il təvəllüdlü qızlardan təşkil olunmuş yığması ilə qarşılaşan komandamız Aysun Əliyevanın vurduğu qol sayəsində 1:0 hesabı ilə qalib gəlib.
Yığmamız turnirdə növbəti oyununu martın 13-də, saat 11:30-da Rusiya komandasına qarşı keçirəcək.