16 yaşadək qızlardan ibarət Azərbaycan yığması UEFA İnkişaf turnirində ikinci oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Maltada təşkil olunan yarışda 3-cü qarşılaşmasına çıxan yığmamız Lixtenşteyni sınağa çəkib.
Yığmamız bu qarşılaşmada əzmkar qələbə qazanıb – 2:1. İlk yarıda qol buraxan millimiz fasilədən sonra 2 dəfə fərqlənib.
İlk turda Avstriyaya 0:3 hesabı ilə uduzub, növbəti oyununda Maltanı minimal hesabla məğlub edən yığmamız xal hesabını 6-ya çatdırıb
