Avqustun 15-də, Bayıl qəsəbə stadionunda millimiz oyun keçirəcək.
Korner.az- ın AFFA-nın saytına istinadən məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığma komandaları arasında yoldaşlıq matçı baş tutacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.
