Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası Soçidəki beynəlxalq turnir çərçivəsində sonuncu oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, komandamız bu dəfə Rusiya-2 komandası ilə qarşılaşıb.
Görüş millimizin 1:7 hesablı məğlubiyyəti ilə başa çatıb.
Azərbaycan əvvəlki oyunlarında da Belarusa (3:4) və Rusiyanın əsas yığmasına (5:9) məğlub olmuşdu.
