Sərbəst güləş üzrə qadınlardan ibarət yığma komandamız XXX Yay Olimpiya Oyunlarına, qadınların Dünya Çempionatına və digər beynəlxalq yarışlara hazırlıq məqsədilə iyunun 4-dən etibarən Ukraynanın Aluşta şəhərində bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışında iştirak edir.
Qadın güləşi üzrə yığma komandanın baş məşqçi əvəzi Maqomed Aliomarov, böyük məşqçi Qrek İqnat və məşqçi Aslan Ağayevin rəhbərliyi altında təlim-məşq toplanışına 5 idmançı cəlb edilib.
Mariya Stadnik (48 kq), Anjela Doroqan, Patimat Baqomedova (hər ikisi 51 kq), Yuliya Ratkeviç (55 kq) və Nadya Sementsovanın (67 kq) iştirak etdiyi təlim-məşq toplanışı iyunun 20-dək davam edəcək.