Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Korner.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, Gürcüstanlı həmyaşıdları ilə qarşılaşan futbolçularımız Fəhmin Muradbəylinin vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.
Yığmamız turnirdə növbəti oyununu sabah – aprelin 29-da, Bakı vaxtı ilə saat 12:00-da Türkiyə komandasına qarşı keçirəcək.