Yığmamız Şimali Makedoniya ilə qarşılaşacaq
31.03.2023 , 18:17

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı keçəcək.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, aprelin 12-15-i aralığında Bakıda hazırlaşacaq komandamız ayın 16-da Şimali Makedoniyanın Skopye şəhərinə yollanacaq.
Yığmamız orada iki yoxlama görüşündə qüvvəsini sınayacaq.
Füzuli Məmmədovun komandası aprelin 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
