Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə ikinci mərhələyə start verilib.
Korner.az-ın məlumatına görə, 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi ikinci qrup mərhələsinin H qrupunda Sankt-Peterburq yığma komandası ilə qarşılaşıb.
Turnirin 1-6-cı yerlər uğrunda mübarizə aparan millimizin bu matçda rəqibinə 2:4 hesabı ilə uduzub.
Qeyd edək ki, birinci qrup mərhələsində Yaponiyanı 1:0, Rusiya-2 komandasını 4:2 hesabı ilə məğlub edən yığmamız növbəti mərhələyə qrup lideri kimi yüksəlib.
7 yanvar
H qrupu, I tur
17:30. Sankt-Peterburq – Azərbaycan – 4:2
Qollar: Nikita Andreyev, 9 (1:0), Mahir Mədətov, 25 (1:1), Roman Starikov, 54 (2:1), Artyom Ponikarov, 57 (3:1), İlkin Sadıqov, 68 (3:2), Sergey İvanov, 90 (4:2)
Peterburq İdman Konsert Kompleksi
