Yığmamız San-Marinoya qalib gəldi
15.10.2019 , 19:15

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.
Korner.az xəbər verir ki, millimiz San-Marino yığması ilə qarşılaşıb. Görüş yığmamızın qələbəsi ilə bitib – 2:0
15 oktyabr
17:00. San-Marino – Azərbaycan – 0:2
Qollar: Rüfət Abdullazadə, 22, Tural Bayramov, 50
Baş hakim: Alan Mario Sant (Malta)
Baş hakimin köməkçiləri: Luke Portelli (Malta), Radim Dresler (Çexiya)
Dördüncü hakim: Jan Petrik (Çexiya)
