7 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.
Korner.az-ın məlumatına görə, komandamız təlim-məşq toplanışı üçün Bakıya gələn Rusiyanın U-17 yığması ilə qarşılaşıb.
Bakı Olimpiya stadionunda keçirilən oyun millimizin qələbəsi ilə yekunlaşıb. Mətin Gülərin vurduğu qol yığmamıza 1:0 hesablı qələbə qazandırıb – 1:0.
Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk görüşdə yığmamız rəqibinə 1:5 hesabı ilə uduzub.
25 fevral
Yoxlama oyunu
16:00. Azərbaycan (U-17) – Rusiya (U-17) – 1:0
Qol: Mətin Gülər, 80 (1:0)
