Moskva şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, millimizin rəqibi Rusiyanın U-21 yığması olub.
Qarşılaşma 4:4 hesabı ilə başa çatıb. Millimizin heyətində Dantas Jadder 2 qol vurub. Hərəyə 1 dəfə Amadeo və Vitali Borisov fərqlənib.
