16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində ikinci oyununu keçirib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Malta yığması ilə qarşılaşan komandamız Vüsalə Seyfəddinovanın vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.
Yığmamız növbəti oyununu fevralın 9-daLixtenşteyn komandasına qarşı keçirəcək.
