Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatma mərasimində 17 və 19 yaşadək qızlardan ibarət yığma komandalarımızın Avropa çempionatının ilkin seçmə mərhələsində qarşılaşacağı rəqiblər müəyyənləşib.
Artıq hər iki yığmamızın oyunlarının keçiriləcəyi ölkələr bəllidir:
U-17. VIII qrup: Avstriya, Polşa, Qazaxıstan, Azərbaycan
Oyunlar 2013-cü il 2-7 avqust tarixlərində Polşada keçiriləcək.
U-19. I qrup: Avstriya, İsrail, Xorvatiya, Azərbaycan
Oyunlar 2013-cü il 21-26 sentyabr tarixlərində Avstriyada keçiriləcək.
